Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi

Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi
Cəmiyyət 16 Dekabr 2025 - 12:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

Zekainfo.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən şikayət təmin olunmayıb.

Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Əjdər Ol 2023-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayəti geri götürüb.

reklamlar

Digər xəbərlər