Cəmiyyət
12:20, Bugün
Gəncədə keçirilən ilk Aerobika gimnastikası üzrə Avropa çemoionatı ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin müvafiq qurumları, o cümlədən DYP hazırda gücləndirilmiş iş rejimində xidmət aparır.
Zekainfo.az xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində yarışların keçirildiyi ərazi üzrə nəqliyyatın fasiləsiz hərəkətinin təşkili, yarış zonalarına giriş-çıxışların tənzimlənməsi və şəhər nəqliyyatında mümkün sıxlıqların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.
Bütün yol hərəkəti iştirakçılarını ölkəmizin tanıdılmasına xidmət edən mötəbər idman tədbirinin təhlükəsiz şəraitdə keçirilməsinə töhfə verməyə çağırırıq.