2025-ci il sentyabrın 10-da İslamabad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında "ASAN xidmət" təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş" təsdiqlənib.
Zekainfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərəcək.