Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub

Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub
Cəmiyyət 03 Noyabr 2025 - 11:30

2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 380.1 milyon manat vəsait daxil olub.

Zekainfo.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu məbləğin 277.7 milyon manatı və ya 73.1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri kimi formalaşdırılaraq, həmin qurumların büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə yönəldilib.

Rəsmi hesabatlara əsasən, büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və cərimələrin 81.7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin, 17.7%-i vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının, 0.6%-i isə əmək, miqrasiya və gömrük sahələrində pozuntulara görə kəsilən cərimələrin payına düşür.

Bu vəsaitlərin əsas hissəsi müvafiq orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.

reklamlar

Digər xəbərlər