Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Cəmiyyət 27 Oktyabr 2025 - 15:25

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 1-də Bakı-Ağstafa, noyabrın 2-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Zekainfo.az xəbər verir ki, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.


reklamlar

Digər xəbərlər