
Siyasət
18:00, Bugün
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.
Zekainfo.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb
Qeyd edilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub:
"Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır".