
Dünya
14:12, Bugün
Misirdə keçirilən Qəzza sammitində ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir çox dünya lideri iştirak edib.
Zekainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zirvəsində çıxış edən ABŞ prezidenti Tramp arxasında dayanan İtaliyanın baş naziri Giorgia Meloniyə təriflər yağdırıb.
Tramp Meloninin gözəl olduğunu ifadə edərək:
"ABŞ-də bir qadına gözəl deyirsənsə, bu, sənin siyasi karyeranın sonu olacaq. Amma risk edəcəyəm. Gözəl olduğunu deməyimə qarşı deyilsən, elə deyilmi? Çünki gözəlsən", - deyib.
Xanım siyasətçi isə Amerika liderinin bu tərifinə gülümsəyərək reaksiya verib.