Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ
Gündəm 22 Avqust 2025 - 11:31

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Zekainf.o.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm".

reklamlar

Digər xəbərlər