Zelenski: Prezident seçkiləri keçirməyə hazıram

Zelenski: Prezident seçkiləri keçirməyə hazıram
Dünya 19 Avqust 2025 - 10:14

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib.

Zekainfo.az-ın məlumatına görə, bunu Ukrayna lideri Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə deyib.

Lakin Zelenskinin fikrincə, bunun üçün döyüş əməliyyatlarının dayandırılması lazımdır.

"Biz bunu təhlükəsizliyimizin təmin edildiyi şəraitdə etməliyik. Açıq demokratik seçkilər keçirmək üçün atəşkəs lazımdır", - Ukrayna Prezidenti vurğulayıb.

reklamlar

Digər xəbərlər