Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb
Dünya 18 Avqust 2025 - 12:03

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım körpüsündə Ukrayna xüsusi xidmətinin hazırladığı partlayışın qarşısını alıblar.

Zekainfo.az Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, güclü partlayıcı qurğu Chevrolet Volt avtomobilinin içərisində gizlədilibmiş. Maşın Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib. Avtomobil Rusiya-Gürcüstan sərhədini “Yuxarı Lars” buraxılış məntəqəsindən keçib və Krasnodar bölgəsinə qədər avtodaşıyıcı ilə daşınmalı idi.

    Kuban vilayətində maşın Krıma aparılmaq üçün sürücüyə təhvil veriləcəkdi. Ukrayna xüsusi xidmətləri bu maşını “intiharçı-terrorçu” kimi istifadə etməyi planlaşdırırdı.

    Hazırda partlayıcı qurğu zərərsizləşdirilib. Partlayıcı yüklü maşını Rusiyaya gətirən şəxslər saxlanılıb.

    reklamlar

    Digər xəbərlər