Nuranə Məcidovanın ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Nuranə Məcidovanın ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq
Hadisə 08 İyul 2025 - 13:41

Şəxsin paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə Zekaimfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

reklamlar

Digər xəbərlər