
Hadisə
11:45, Bugün
Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.
Zekainfo.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini Anar Əmirov naməlum şəraitdə kanalda batıb.
Onun axtarışlarına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb edilib və hazırda axtarışlara başlanılıb.