
Hadisə
12:00, 30 İyun 2025
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri bu gün Azərbaycana yola salınacaq.
Zekainfo.az xəbər verir ki, Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə axşam Bakıya çatacaq.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.