
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl məşhur oftalmoloq Cahid Şahbazov tərəfindən əməliyyat olunan vətəndaş Humay Əliyeva bir gözünün görmə qabiliyyətini itirdiyi ilə bağlı şikayət etmişdi.
Zekainfo.az-ın "Unikal"a istinadən məlumatına görə, zərərçəkmiş qadın bildirib ki, Cahid Şahbazov heç nə olmamış kimi yay istirahətinə yollanır:
""Caspian Hospital"da fəaliyyət göstərən Cahid Şahbazov yanına gələn insanların gözünü kor etməklə məşğuldur. Pul almaq məqsədilə insanlara yalan diaqnozlar qoyur. Vətəndaşları əməliyyat edir, sağlam gözü iflic vəziyyətə salır. Sonra isə heç nə olmamış kimi yığdığı pullarla yay istirahətinə yollanır.
Mən ömrümün sonuna qədər başda "Caspian Hospital" olmaqla, həmçinin Cahid Şahbazov, eyni zamanda onun yanında işləyən Aynur Ələkbərova və Nigar Rzazadə ilə bağlı şikayət edəcəyəm. Onlar hüquq-mühafizə orqanları qarşısında cavab verəcəklər. Sübutlarım var. Tibbi ekspertizanın nəticəsi də mövcuddur.
Onu da qeyd edim ki, mən hər gün "Caspian Hospital"a zəng edərək bu məsələ ilə bağlı şikayətimi bildirirdim. Bir dəfə də olsun məni çağırıb maraqlanmadılar", - deyə H.Əliyeva bildirib.