
Gündəm
11:09, Bugün
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hərəkətləri davam etdirilir".
Zekainfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda faktla bağlı cinayət işi başlanıb:
"Ekspertiza işləri davam etdirilir. Bu hadisə ilə bağlı çoxsaylı ekspertizalar keçirilib. Bu yaxınlarda bizim əməkdaşlar Qazaxıstana ezam olunublar. Orada yenidən ekspertizalar təyin edilib. Yəqin ki, qısa müddət bu ekspertizaların nəticələri əldə olunacaq".