Attestata səhv qiymət yazan direktor cəzalandırıldı

Attestata səhv qiymət yazan direktor cəzalandırıldı
Təhsil 03 İyul 2025 - 12:14

Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.

Zekainfo.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, buna səbəb direktorun şagirdin attestatına yanlış qiymət yazması olub. 

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, Ağsu rayon Dilman kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Valehov Elmir Emil oğlunun 2024-2025-ci tədris ili üzrə illik qiymətlərində texniki səhv edilib:

“Şagirdin illik qiymətləri jurnaldan DİM-in “Şagird-məzun” sisteminə işlənilərkən məktəb rəhbərliyi tərəfindən texniki səhv edilərək riyaziyyat və Azərbaycan dili fənləri üzrə yanlış qiymətlər işlənilib. Sonradan qiymətlərə sistemdə düzəliş edilib.

Şagirdə düzgün qiymətlər yazılaraq yeni attestat təqdim olunub. Bununla əlaqəli məktəb direktoru haqqında intizam tənbehi görülüb”, - deyə məlumatda qeyd olunub.

reklamlar

Digər xəbərlər