ABŞ: Ali Məhkəmə Trampa 500 000 miqrantın hüquqi müdafiəsini ləğv etməyə icazə verdi

ABŞ: Ali Məhkəmə Trampa 500 000 miqrantın hüquqi müdafiəsini ləğv etməyə icazə verdi
Dünya 02 İyun 2025 - 11:32


 

 

Bostondakı federal hakim Vaşinqtonun müdafiə proqramını dayandırmaq səylərini əngəllədikdən sonra Tramp administrasiyası Ali Məhkəməyə təcili müraciət edib.

 

Cümə günü ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına bir neçə yüz min miqrantın hüquqi statusunu ləğv etmək səlahiyyəti verib və bununla da hazırda deportasiya oluna biləcək insanların ümumi sayını təxminən 1 milyona çatdırıb.

 

ABŞ-ın ən yüksək məhkəməsi cümə günü Bostondakı federal hakimin dörd ölkədən: Kuba, Haiti, Nikaraqua və Dominikan Respublikasından olan 500,000-dən çox miqrantın humanitar şərti azadlığa buraxılmasını təsdiq edən əmrini ləğv etdi.

 

 

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az

 

 

 

reklamlar

Digər xəbərlər