
"Türkiyədə bəzi jurnalist dostlara demək istəyirəm ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkən zaman İsrail Azərbaycana diplomatik dəstək verib. Məhz yəhudi lobbisi Amerika ilə münasibətlərdə bizə dəstək olub, erməni lobbisinə qarşı mübarizədə bizə yardım edib. Biz bunu açıq etiraf edirik və bundan çəkinmirik. Bəzən deyirlər Azərbaycan İsrailə neft satır. Bunu yazanlar ümumiyyətlə neft bazarının necə işlədiyini bilmirlər. Biz Ceyhan limanına neft satırıqsa ondan sonra tankerlərə yüklənən neftin bizə heç bir aidiyyatı yoxdur. Bu neft hər cür təyinat yerinə gedə bilər və ona stehsalçı ölkə nəzarət belə edə bilməz. Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərini hər zaman əsas tutur və bütün dövlətlərlə münasibətlərdə, bu məsələyə həssas yanaşır. Türkiyədə jurnalistlərin bəziləri həm də 30 ildə Azərbaycan xalqının nələr çəkdiyini gözlərinin qarşısına gətirsinlər".
Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri