Ümummilli Liderin ülvi arzuları reallaşanda...

Ümummilli Liderin ülvi arzuları reallaşanda...
Cəmiyyət 10 May 2025 - 12:58
Çağdaş Azərbaycan tarixini yaradan, Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin doğuluşunun 102-ci ildönümünü xalqımız əsl milli bayram kimi qeyd edir. Sözsüz, o dahi tarixi şəxsiyyət buna şərəfli ömrü, xalqa həsr etdiyi dəyərli həyatı, gördüyü unikal işləri, millətə faydalı titanik əməyi ilə haqq etmişdir.
Məhz Ulu Öndərin başladığı və ardıyca da yaratmış olduğu siyasi-dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın II Qarabağ müharibəsində qazandığı tarixi Zəfər, daha sonralar dünya geosiyasi məkanında, iqtisadi mühitində əldə etdiyi uğurlar bir daha sübut edir ki, dahi rəhbərin Azərbaycanimızla bağli ülvi arzuları çicçəklənmiş, reallaşmışdır.
Bəlkə də buna görədir ki, onun doğum günü hər il ölkəmizdə, obrazlı olaraq, həm də Gül Bayramı kimi təmtəraqlı qeyd olunur.
Ruhunuz nurla dolsun, Ulu Öndərimiz, millət atası, Azərbaycanın etibarlı əllərdədir...
Cəmilə ÇİÇƏK
reklamlar

Digər xəbərlər