II Dünya savaşı sabiq SSRİ-yə daxil olan respublikaların müştərək bayramından, faşist Almaniyasının işğalına qarşı mübarizədə əldə olunmuş Böyük kollektiv Zəfərin qazanılmasında bizi 80 il zaman məsafəsi ayırsa da, sanki bu yaxınlarda baş vermiş hadisənin ildönümünü qeyd edirik.
Azərbaycan ön cəbhəyə yüzminlərlə qəhrəman övladını yollamısdı, onların böyük əksəriyyəti canını müqəddəs getdilər. Hələ arxa cəbhədəki məşəqqətlərə dözən xalqımız, Bakı nefti, Azərbaycan diviziyası, Həzi Aslanov kimi tank generallarının dahiliyini demirik.
9 mayla bağlı hər zaman ölkəmizdə bir mənəvi bağlılıq olub, hətta Qarabağ uğrunda savaşlar zamanı da, nəvələrlə babaların qəhrəmanlıqları müqayisə edilirdi...
Bütün müharibələr zamanı xalq yüzminlərlə qurbanlar verir. Amma elə xalqlar var ki, onun savaşlarda qəhrəmanlar və şəhidlik zirvəsinə ucalan igid övladlarını yetişdirməyi daha yaxşı bacarır. Bizim Azərbaycan xalqı tarixən də, bu günlərdə də igid sərkərdələr, qəhrəman zabit və əsgərlər yetişdirən toplum kimi adını tarixin arxivinə qızıl hərflərlə yaza bilib.
Bu yerdə Kəlbəcərdən olan gənc deputatımız
Mircəlil Qasımlı sosial şəbəkədəki sayğıdəyər qeydləri yerinə düşər. Milli Məclisin fəal deputatı yazır:
"Mənim üçün bu gün daha da xüsusidir. Babam –Cəlil Balakişi oğlu Qasımov, Böyük Vətən Müharibəsinin ön cəbhəsində vuruşmuş, “Vətən Müharibəsi” I dərəcəli ordeni ilə təltif olunmuş qəhrəmanlardan biri olmuşdur.
Böyük Qələbə, xüsusən də II Dünya müharibəsindəki zəfərlər heç vaxt təsadüfi əldə olunmurdu. Böyük Qələbə əzmkarlıq, qan və Vətən sevgisinin nəticəsidir.
Bu gün biz, qəhrəman nəslin nümayəndələri olan igidlərin övladları, nəvə-nəticələri olaraq, onların müqəddəs xatirəsi qarşısında baş əyir, qazandıqları Qələbəni daim qürurla yad edirik.
Qarabağda qazanılan Qələbəmiz də onların bizə miras qoyduğu sarsılmaz iradə və azadlıq ruhunun parlaq təzahürüdür..."
Bəli, respublikamızın hər yerində, bütün bölgələrində belə qəhrəmanlar II Dünya Müharibəsində iştirak edərək bəşəriyyətin haqq işinə öz töhfələrini verib.
Uca Yaradandan bütün savaşların qurbanlarına, eləcə də bizim şəhidlərimizə rəhmət diləyir, baba və nənələrimizi, igid döyüşçülərimizi sayğıyla yad edir və ürəkdən deyirik: bizə hər zaman böyük Qələbələr və Zəfər yaraşır...