
Dünya
19:23, Bugün
“Focus”
verilişinin bu buraxılışında ölkənin müxtəlif etnik icmalarını birləşdirən əsas
qurum olan Qazaxıstan Xalq Assambleyasının 30 illik yubileyinin qeyd
edilməsinin şahidi oluruq.
Bu münasibətlə
Prezident Tokayev xalqı bu tarixi hadisə münasibətilə təbrik etdi və son üç
onillikdə mühüm töhfələr vermiş üzvlərə ehtiramını bildirdi.
İki mindən çox
üzvü olan Assambleya bu gün qazaxları, rusları, almanları, özbəkləri,
ukraynalıları, koreyalıları və Qazaxıstanda məskunlaşmış bir çox başqa
insanları təmsil edir.
Tərcümə edəni Əlirza/Zekainfo.az