
Beynəlxalq
Enerji Agentliyi (IEA) bildirir ki, iqlim məqsədlərinə çatmaq və qlobal enerji
təhlükəsizliyini təmin etmək üçün 2040-cı ilə qədər 80 milyon kilometr şəbəkənin
əlavə edilməsi və ya dəyişdirilməsi lazımdır.
İspaniya,
Portuqaliya və Fransanın bəzi hissələrini vuran kütləvi elektrik kəsilməsi
siyasətçilərin enerji şəbəkələrinə daha çox sərmayə yatırması üçün “oyanış zəngi”
kimi qarşılanıb.
Bazar ertəsi
başlayan və qatarları və nəqliyyatı iflic edən, bankomatları və cib
telefonlarını əlçatan qoyan kütləvi elektrik kəsilməsinin səbəbini tapmaq üçün
araşdırmalar aparılır.
Avropanın
elektrik sənayesini təmsil edən federasiya olan Eurelectric-in baş katibi
Kristian Rubi Euronews Next-ə deyib: "Məncə, bu, müəyyən mənada siyasətçilər
və tənzimləyicilər üçün hər kəsə, o cümlədən bütövlükdə cəmiyyətə elektrik
enerjisinin yaxşı işləyən müasir cəmiyyətin can damarı olduğunu xatırlatmaq
üçün oyanış çağırışı olmalıdır".
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az