
Sərhədsiz
Reportyorlar (RSF) cümə günü dünyada mətbuat azadlığına dair illik hesabatını dərc
edib. Avropa jurnalistlər üçün ən təhlükəsiz region olaraq qalır, lakin vəziyyət
getdikcə pisləşir. Aİ daxilində Yunanıstan sonuncu yeri tutur.
Avropa mətbuatı
boğulur. Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) cümə günü dərc etdiyi dünya
mətbuat azadlığı indeksində qitə birinci yerdə qalmasına baxmayaraq, vəziyyət
pisləşir.
İqtisadi çətinliklər
redaksiyaları, xüsusən də müstəqil redaksiyaları təhdid edir. Lakin media həm
Amerika yardımının dayandırılması, həm də Rusiya təbliğatının güclənməsi ilə
üz-üzədir. RSF-nin Aİ-Balkanlar masasının rəhbəri Pavol Szalai deyir: “Bu gün
Donald Tramp Avropadakı media üçün Vladimir Putin qədər təhlükədir”.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az