İsrailin hücumlarını gücləndirməyə hazırlaşdığı bir vaxtda Qəzzaya endirilən zərbələr nəticəsində ən azı 59 nəfər həlak olub

İsrailin hücumlarını gücləndirməyə hazırlaşdığı bir vaxtda Qəzzaya endirilən zərbələr nəticəsində ən azı 59 nəfər həlak olub
Dünya 08 May 2025 - 16:48


İsrail ordusu Qəzza zolağının bombalanmasına yenidən başlayıb. İbrani dövləti Fələstin anklavına hərbi hücumunu genişləndirmək planını da təsdiqləyib.

İsrailin HƏMAS yaraqlılarına qarşı kampaniyasını gücləndirməyə hazırlaşdığı bir vaxtda xəstəxana rəsmiləri bildiriblər ki, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla azı 59 nəfər həlak olub.

 

Əl-Əqsa xəstəxanasının rəsmilərinə görə, bu zərbələr arasında çərşənbə axşamı axşam yüzlərlə məcburi köçkün fələstinlinin yaşadığı məktəbə hücumda 9 qadın və üç uşaq olmaqla 27 nəfər ölüb.

 

Tərcümə edəni Əlirza/Zekainfo.az 

reklamlar

Digər xəbərlər