Bayeux Qobelenində neçə penis var? Bu qeyri-adi sual iki britaniyalı tarixçini bir-birinə qarşı qoyur

Bayeux Qobelenində neçə penis var? Bu qeyri-adi sual iki britaniyalı tarixçini bir-birinə qarşı qoyur
Mədəniyyət 30 Aprel 2025 - 12:08


 

 

Sual qeyri-adi görünə bilər, amma vacibdir. Fateh Uilyamın şərəfinə hazırlanmış məşhur orta əsr tikmələri olan Bayeux Qobelenini öyrənərkən iki tarixçi təsvir edilən penislərin sayını hesablamağa başladılar...

 

 lakin onların nə qədər olduğuna dair fikir ayrılığı var. Onlar hətta bu cümə günü, aprelin 25-də yayımlanan HistoryExtra podkastının epizodunda bu məsələni müzakirə etdilər və The Guardian xəbər verdi.

İlk hesablama altı il əvvəl George Garnett tərəfindən edildi və bütün dünyada maraq və əyləncə yaratdı. Oksford professorunun sözlərinə görə, Normandiya hersoqunun 1066-cı ildə İngiltərə sahillərinə qalib gələrək enişini əks etdirən əsərə 93 kişi cinsi orqanı tikilib.Daha dəqiq desək: bu cinsiyyət orqanlarının 88-i atlara, qalanları isə insan fiqurlarına aiddir.

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər