
Roblox-da personajlar Leqos-a bənzəyir və qrafika
reallıqdan uzaqdır, lakin bu, oradakı bütün oyunların uşaq xarakterli olması
demək deyil. Əksinə, Amerika QHT-si olan Antidiffamasiya Liqasının Ekstremizm
Mərkəzinin 21 aprel bazar ertəsi dərc etdiyi hesabata görə, platformada kütləvi
atışmaları əks etdirən oyunlar var.
Yuxarıdakı videomuzda gördüyünüz kimi, bu tip
oyunların arxasında duran “Active Shooter Studios (A.S.S.)” adlı qrupdur.
A.S.S. tərtibatçılar Roblox alətlərindən Kolumbin və Uvalde atışmaları kimi
faciələrin baş verdiyi yerləri yenidən yaratmaq və onları qanlı olduğu qədər də
interaktiv video oyunlarına çevirmək üçün istifadə edirlər. Bütün bunlar 2024-cü
ildə gündəlik istifadəçilərin 40%-nin 13 yaşdan kiçik olduğu platformaya
yönəlib, Guardian izah edir.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az