Cənubi Avropada yanğınlar artır

Cənubi Avropada yanğınlar artır
Dünya 02 Avqust 2024 - 17:08


Cənubi Avropada yeni yanğınlar elan edildi. İtaliyada yanğınlar Roma şəhərinə yaxınlaşır, Albaniya və Şimali Makedoniyada isə bir neçə helikopter və təyyarə səfərbər edilib.

 

Bu çərşənbə günü Romada, Clodio Meydanındakı cinayət məhkəməsinin yaxınlığındakı Monte Mario qoruğunda böyük meşə yanğını baş verdi. Alovun üzərinə su tökmək üçün hadisə yerinə bir neçə helikopter göndərilib. Ətrafdakı sakinlər təxliyə edilib. Yanğın həmçinin İtaliyanın ictimai televiziyası RAI-nin Roma studiyalarına da təhlükəli dərəcədə yaxınlaşıb, Müqəddəs Pyotr Bazilikasından cəmi 2,5 kilometr aralıda.

 

Albaniyada da yanğınlar artır. Bu çərşənbədə onlardan biri cənubdakı Maşküllore kəndinə çatsa da, heç bir ziyan vurmayıb. Yüzlərlə yanğınsöndürən, əsgər və könüllü sahilyanı Şengjin şəhərində böyük meşə yanğınını nəzarət altına almağa müvəffəq olub. O, damı və iki çimərlik barını zədələyib və təşvişə düşmüş ziyarətçilərin qaçmasına səbəb olub.

Avropa Birliyinin mülki müdafiə mexanizminin bir hissəsi olaraq əlavə qüvvələr kimi çağırılan bir Albaniya ordusu helikopteri və iki İtaliyanın Canadair təyyarəsi səfərbər edilib.

 

Bir neçə yüz kilometr aralıda, Şimali Makedoniyada, Sveti Nikolanın şərqində daha bir yanğın davam edir. Xilasedicilərə bombardmançı təyyarələr və ikisi Serbiyadan icarəyə götürülən 3 helikopter də kömək edir.

 

Bu meşə yanğınları artıq qurbanlara səbəb olub. Bu çərşənbə günü təcrid olunmuş Kokoşinje kəndində alovlar içində qalan bir adam öldü. Həyat yoldaşını xilas etmək mümkün olub.

 

*Şimali Makedoniyanın baş naziri Hristijan Mickoski əmin edib ki, yanğınları idarə etmək üçün kifayət qədər yanğınsöndürənlər və ordu üzvləri var, baxmayaraq ki, onun sözlərinə görə, vəziyyət “tarixi zirvəyə” çatıb.* Elə dünən açıq havada 66 aktiv yanğın hadisəsi qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlardan 40-ı uğurla söndürülüb.

 

Tərcümə edəni İlyas Qədimov /zekainfo.az

reklamlar

Digər xəbərlər