Deputat internetin sürəti və qiymətindən narazıdır

Deputat  internetin sürəti və qiymətindən narazıdır
İqtisadiyyat 03 Noyabr 2023 - 17:00

"Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil. Düzdür işlər görülür, müsbətə doğru irəliləyiş var, amma xaricə gedəndə və orada interneti istifadə edəndə fərqi daha yaxşı başa düşürük".

Zekaisiginda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, bu problemin həll edilməsi ilə bağlı xərclər çox vaxt vətəndaşların üzərinə qoyulur: “Şirkətlər xəttlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik. Bu sahədə nəzarət artırılmalıdır”.


reklamlar

Digər xəbərlər