Türkiyədə inflyasiya azaldı

Türkiyədə inflyasiya azaldı
İqtisadiyyat 03 Noyabr 2023 - 15:21

Bu ilin oktyabr ayında Türkiyədə qiymətlər sentyabr ayı ilə müqayisədə 3,43 %, ötən ilin eyni dövrünə nisbətən isə 61,36 % çox olub.

Zekaisiginda.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Xatırladaq ki, qurum sentyabrda aylıq inflyasiyanı 4,75 %, illik inflyasiyanı isə 61,53 % olmaqla açıqlamışdı.

Müstəqil alimlərin yaratdığı İnflyasiya Araşdırma Qrupu (ENAG) isə oktyabrda aylıq inflyasiyanın 5,09 %, illik inflyasiyanın isə 126,18 % təşkil etdiyini bildirib.

reklamlar

Digər xəbərlər