Türkiyədə 650 yaşı olan əlyazma İncil aşkar edilib

Türkiyədə 650 yaşı olan əlyazma İncil aşkar edilib
Mədəniyyət 02 Noyabr 2023 - 18:00

Türkiyənin Tekirdağ şəhərinin Çerkezköy rayonunda Tekirdağ Vilayət Jandarm Komandanlığı və Çerkezköy Şəhər Jandarm Komandirliyi tarixi əsərlərin olduğu bildirilən bir evdə axtarış aparıb. Axtarış nəticəsində yaşı 650 il olduğu təxmin edilən əlyazma İncil aşkar olunub.

Qeyd edək ki, İncil üzərində araşdırma aparmaq üçün müvafiq orqanlara ötürülüb. Ev sahibi isə nəzarətə götürülüb.

reklamlar

Digər xəbərlər