Naxçıvanın büdcəsi AZALDILIR

Naxçıvanın büdcəsi AZALDILIR
İqtisadiyyat 20 Oktyabr 2023 - 13:57

Naxçıvan Muxtar Respublikasının 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 516,4 milyon manat olacağı gözlənilir.

Zekaisiginda.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə 14,65 % azdır.

Naxçıvanın gələnilki büdcəsinin 66,5 %-i və yaxud 343,3 milyon manatı dövlət büdcəsindən ayrılacaq dotasiya hesabına təmin olunacaq. Bu isə bu ilə nisbətən 24,2 % azdır.


reklamlar

Digər xəbərlər