Şuranın dəstəyilə “İKT-dən asan, səlis yararlan!” bukleti nəşr edilib

Şuranın dəstəyilə “İKT-dən asan, səlis yararlan!” bukleti nəşr edilib
Cəmiyət 30 İyul 2020 - 18:02
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsinin tərəfdaşlığı ilə"Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi "İKT-dən asan, səlisyararlan!” adlı buklet nəşr edib.

"Məcburi köçkünlərin İnformasiya Kommunikasiya Texnologiyaları–İKT sahəsindəbilik və bacarıqlarının artırılmasına dəstək” layihəsinin İcra planına uyğun olaraq, "QHT

Nəşriyyatı”nda işıq üzü görən nəfis tərtibatlı rəngli bukletdə son vaxtlar respublikamızdaelektron hökumət, informasiyalı vətəndaş cəmiyyəti quruculuğu, İKT vasitəsilə sənədlərin asan,səlis əldə edilməsi, kommunal, rabitə, maliyyə-bank, digər xidmət, alış-veriş ödənişlərininnağdsız, onlayn qaydada aparılması üsulları əyani, praktiki şəkildə əks olunub.

Bukletin buraxılmasında əsas məqsəd ölkəmizin ictimai həyatının bütün sahələrindəsürətli dəyişikliklərin, yeniləşmələrin məcburi köçkün vətəndaşlarımız üçün də əlçatan olması,bu kateqoriyadan olan vətəndaşlarımızın sözügedən prosesdən kənarda qalmaması, onların İKTsahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.

Layihənin rəhbəri Hacı Nərimanoğlu "qhtxəbər.az” saytına bildirib ki, İcra planındavətəndaşların İKT vasitəsilə lazımi sənədləri asanlıqla əldə etməsinə, internet vasitəsilə sosial,kommunal və digər xidmətlər üzrə ödənişləri daha asan, səlis aparmasına, əlavə vaxt, vəsaititkisinin qarşısının alınmasına, komputer biliklərinin artırılmasına dair tədbirlər də nəzərdətutulur. Bu işlərə peşəkar təlimçilər cəlb olunub.

Bukletlər paylanmaq üçün Birliyin ərazi nümayəndələrinə təqdim olunub, həm dəelektron variantı da 

Birliyin Şuranın layihəsi ilə hazırlanmış zengezur.com saytında
yerləşdirilib.
reklamlar

Digər xəbərlər