Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək

Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək
Dünya 30 İyun 2020 - 13:41

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani iyulun 1-də videokonfrans keçirəcək.

Trend-in məlumatına görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər görüş zamanı regional məsələləri, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcək.

Üç ölkə rəhbəri sonuncdu dəfə 2018-ci ildə Qazaxıstanda Suriya məsələsini müzakirə etmişdi.

reklamlar

Digər xəbərlər