“Narkomaniyaya yox deyək”

“Narkomaniyaya yox deyək”
Cəmiyyət 14 Mart 2019 - 19:13
Ağstafa şəhər 3 saylı tam orta məktəbində 9-11-ci sinif şagirdləri arasında sağlam həyat tərzinin təbliği, onların həyatı üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə tədbir keçirilib.

qhtxeber.az-a daxil olan məlumata görə, Ağstafa rayon İcra hakimiyyəti, rayon prokurorluğu, rayon polis şöbəsi, Gənclər və idman idarəsinin "Narkomaniyaya yox deyək” mövzusunda keçirdiyi tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova çıxışında qonaqları salamlayıb, tədbirin əhəmiyyəti barədə danışıb, ümumdünya problemi olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb: "Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Elsəvər Aslanov, rayon prokurorunun köməkçisi Rəhim Hüseynli, Gənclər İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov, Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli çıxışlarında rayonda dini radikalizm, erkən nikahlar, insan alveri, zərərli maddələrin dövriyyəsinə qarşı keçirilən tədbirlər və görülən profilaktiki işlər barədə geniş məlumat veriblər.
Çıxışlarda dini radikalizm və zərərli maddələrin cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğun bildirilib, bu qəbildən olan maarifləndirmə tədbirlərinin zəruriliyi və önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
reklamlar

Digər xəbərlər