Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Hadisə 10 Sentyabr 2025 - 12:59

Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Bu barədə Zekainfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.

Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

reklamlar

Digər xəbərlər