Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində "Vikipediya”da böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi haqqında bolqar dilində məqalə yaradılıb.
MEK-dənModern.az-a bildiriblər ki, məqalədə Nəsiminin həyatı, yaradıcılığı və əsərləri haqqında ətraflı məlumat verilir.
Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür:
https://bg.wikipedia.org/wiki/%D0%98%D0%BC%D0%B0%D0%B4%D0%B0%D0%B4%D0%B4%D0%B8%D0%BD_%D0%9D%D0%B0%D1%81%D0%B8%D0%BC%D0%B8
Bu məqalə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində yaradılıb.