İmtahan həyəcanı

İmtahan həyəcanı
Cəmiyət 22 May 2023 - 16:38

Hələ cəmiyyətin ilk mübarizələri zamanı da imtahan həyəcanı ağır olub. Hətda belə bir deyim var ki, Stalinə qəflətən - ağır xəbər var, düşmən hücuma keçib, deyəndə rahatca cavab verib: - Elə bildim imtahana çağırırlar. Müharibə asan işdi. Bəli, həyat əvvəldən sonadək imtahandı, mübarizədi. Mübarizədə isə yalnız mübarizlər qalib gəlir. Qalib gəlmək üçün daim hazırlaşmalı, öz üzərində işləməlisən. İmtahan məktəbdəki həyatın çox vacib bir hissəsidir.

Bu il də May ayının 20 də 22146 abituriyentin iştirakı nəzərdə tutulan imtahanda abituriyentlərin öz biliklərini nümayiş etdirmək üçün 17 şəhər və rayonda imtahan təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1642 imtahan zalı ayrılıb. İmtahan prosesinin idarə olunması, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə, təlimata uyğun şəkildə imtahanın gedişi və iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılmasına DİM nəzarət edir .

Xatırladaq ki, Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə bu gün, yəni Mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

Dəfələrlə bildirilib ki, üzərində mobil telefon və digər kömək ediçi vasitələr tutulan şəxlər imtahandan xaric olunanlacaq , nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.

Bu gün də , yəni 21 may 2023 cü ildə zəhmətlərinin bəhrəsini görmək istəyən müəllimlərimiz, şagirdlərimiz və onların valideyinləri imtahan həyəcanı yaşayırlar. Bütün imtahanlarda onlara uğurlar arzulayırıq. Narahat olmağı isə dayandırın və hamıya hər şeyi bildiyinizi göstərmək üçün cəsarətli bir səy göstərməyə başlayın! Özünüzə inamınız varsa, heç bir çətinlikdən qorxmağa ehtiyac yoxdur. Qoy həyat yollarınız daim uğurlu olsun. Təki uca Tanrı sizi ağır imtahana çəkməsin.

Adil Həmid.

Şair -publisist.

reklamlar

Digər xəbərlər