Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Xəbər 06 İyul 2018 - 17:50

http://www.zekaishiginda.az/site/  istinadən xəbər verir ki, Azərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri, görkəmli ziyalımız, II dərəcəli dövlət ədliyyə müşaviri, general-leytenant, hüquq elmləri doktoru, professor cənab Eldar Həsənov, dünyada Azərbaycan və Türk dünyasının tanınması, Qarabağ və Xocalı məsələsinin gündəmə gətirilməsi, bu mövzuda uğurlu fəaliyyətinə görə beynəlxalq "İlin Diplomatı” mükafatına layiq görülüb.

"İpək Yolu” jurnalı və "İpək Yolu” Strateji Araşdırmalar Mərkəzinin iş birliyinin nəticəsi olan 14-cü "Yılın Altun Adamları Ödül Törəni 2018 – İstanbul” "Yılın Diplomatı” fəxri mükafatının təqdimetmə mərasimi aprelin 5-də İstanbulda baş tutub. Tədbirdə Türkiyənin dövlət rəsmiləri, QHT rəhbərləri, media qurumlarının rəhbərləri və digər tanınmış dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak edib.

Mükafatlandırma mərasimində Türkiyədən başqa ABŞ, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rumıniya, Kosovo, Hollandiya, İspaniya və digər ölkələrdən önəmli qonaqlar iştirak edib. Mərasimə eyni zamanda bir çox nazir və millət vəkilləri ilə yanaşı, bələdiyyə başçıları, akademiklər, iş adamları, STK təmsilçiləri, fikir, sənət, siyasət, idman, media dünyasının önəmli təmsilçiləri qatılıb.

Qeyd edək ki, nüfuzlu "İlin altın adamları” mükafatı artıq 14-cü ildir ki, seçilmiş şəxslərə təqdim olunur.

Biz də "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi və eləcə də saytımız adından görkəmli ziyalımız, hüquq elmləri doktoru, professor cənab Eldar Hümmət oğlu Həsənovu bu dəyərli mükafata layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edir, insan üçün həyatda ən şirin nemət olan can sağlığı və uğurlarının davamlı olmasını arzulayırıq!


Cəmilə (Çiçək) İsbəndiyarova,

filologiya üzrə fəlsəfə doktoru,

Prezident təqaüdçüsü


reklamlar

Digər xəbərlər