Siyasət
12:24, Bugün
Azərbaycanla Ukrayna arasında yeni müqavilə təsdiq edilib.
Zekainfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ratifikasiya edilib.