“Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

“Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
İdman 27 Mart 2023 - 00:01

Adalet.azxəbər verir ki, Bakıda "Qarabağ” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Matçda Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

***

Adalet.az xəbər verir ki, Bakıda "Qarabağ” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda qonaqlar hesabda önə keçiblər. İstanbul klubunun heyətində Mauro İkardi penalti zərbəsindən fərqlənib.

***

Adalet.azxəbər verir ki, Bakıda "Qarabağ” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə start götürüb.

***

Adalet.azxəbər verir ki, Bakıda "Qarabağ” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə 1:1 hesabı ilə başa çatıb.

***

Bakıda "Qarabağ” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab bərabərləşib.

Adalet.azxəbər verir ki, təmsilçimizin heyətində Redon Cica fərqlənib.

***

Bakıda "Qarabağ” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

Adalet.azxəbər verir ki, 4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

***20:00

Adalet.azxəbər verir ki, Bakıda"Qarabağ”və Türkiyə "Qalatasaray”ı arasında oyun start götürüb

***19:17

Bakıda xeyriyyə oyununda üz-üzə gələcək "Qarabağ" və Türkiyə "Qalatasaray"ının start heyətləri bəlli olub.

Adalet.az-ınməlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Qalatasaray": 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir

Baş məşqçi: Okan Buruk

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

reklamlar

Digər xəbərlər