
Gündəm
14:18, 06 Dekabr 2023
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda Giorgi Qaxariyanın yenidən Baş nazir vəzifəsinə təyin edilməsinin ölkəsinin tərəqqisinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcəyinə, iki xalq arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfələr verəcəyinə ümidvarlıq ifadə olunub.
Baş nazir Əli Əsədov Giorgi Qaxariyaya Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.