Ailəsi ilə barışmaq istədiyini açıqladı

Ailəsi ilə barışmaq istədiyini açıqladı
Dünya 21 Oktyabr 2026 - 10:12

Şahzadə Harri atası, qardaşı Uilyam və kral ailəsinin digər üzvləri ilə münasibətlərini düzəltmək istədiyini açıqlayıb.

Zekainfo.az xəbər verir ki, şahzadə bu haqda “GQ” jurnalına verdiyi müsahibədə bildirib.

“Bəzi insanlar münasibətlərin düzəlməsini istəmirlər. Amma mən istəyirəm. Hazırda dünyada baş verənləri nəzərə alsaq, ən vacib məsələ barışmaqdır”, - deyə o bildirib.

Sasseks hersoqu bağışlamağı bacarmağın və keçmişi geridə qoymağın vacibliyini vurğulayıb.

“Yaralar qalır, lakin əsas məsələ baş verənlərə necə baxmağınız və onlara necə yanaşmağı seçməyinizdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, M.Markl və şahzadə Harri avqustun sonunda Britaniyaya qayıdıblar. 2018-ci ildə ailə quran cütlük kral ailəsi ilə fikir ayrılıqlarından sonra ABŞ-yə köçüb və 6 il Kaliforniyada yaşayıb. Onların 7 yaşlı Arçi adlı oğlu və 5 yaşlı Lilibet adlı qızı var.

reklamlar

Digər xəbərlər