Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində Asiya Parlament Assambleyasının (APA) koordinasiya iclasında çıxış edib.
Milli Məclisin sədri Azərbaycanın 2024-cü ilin fevralında APA-ya sədrliyi qəbul edərkən əsas məqsədlərindən birinin Assambleyanın institusional imkanlarının gücləndirilməsi, fəaliyyətinin daha səmərəli təşkili və Asiyada parlamentlərarası dialoq platforması kimi rolunun möhkəmləndirilməsi olduğunu diqqətə çatdırıb.
Azərbaycanın sədrliyinin ötən dövründə APA-nın institusional inkişafı istiqamətində mühüm addımların atıldığı, Assambleya Bürosunun fəaliyyətinin canlandırıldığı vurğulanıb.
Sahibə Qafarova Azərbaycanın APA-ya sədrliyi dövründə 4 koordinasiya görüşünün təşkil edildiyini və bu görüşlərin ümumi maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına, mövqelərin əlaqələndirilməsinə və APA-nın daha geniş parlamentlərarası gündəmlə əlaqələrinin möhkəmləndirilməsinə şərait yaratdığını qeyd edib. APA ilə digər parlament təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin də sədrliyin prioritet istiqamətlərindən olduğu bildirilib.
Spiker Sahibə Qafarova çıxışında parlamentlərarası çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə də toxunub. Parlamentlərin qlobal qərarların qəbulunda rolunun gücləndirilməsinin, regional parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Dayanıqlı inkişafın təmin olunmasında inklüzivliyin, qadınların, gənclərin və təmsil olunmayan qrupların parlamentlərarası proseslərdə fəal iştirakının əhəmiyyəti qeyd edilib.
Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın müxtəlif mövqelərin eyni platformada ifadə olunmasına və fikir ayrılıqlarına baxmayaraq, dialoqun davam etdirilməsinə imkan yaratmalı olduğunu vurğulayıb. O, səmərəli əməkdaşlığın qarşılıqlı dinləmə, məsləhətləşmə, fərqli baxışlara hörmət və praktiki həll yollarının tapılması üzərində qurulmasının vacibliyini bildirib.
Çıxışına yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova APA çərçivəsində son iki il ərzində əldə olunan təcrübənin müxtəlif regionlar, mədəniyyətlər və siyasi baxışlar arasında əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdiyini qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova APA-nın koordinasiya iclasında çıxış edib
Siyasət
06 Oktyabr 2026 - 11:27
Digər xəbərlər
Siyasət
11:25, Bugün
Siyasət
10:42, Bugün
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
Siyasət
10:40, Bugün
Şahin Mustafayev Overçukla görüşdü - Bu məsələlər müzakirə edildi
Siyasət
13:27, 05 Oktyabr 2026
İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
Siyasət
12:51, 05 Oktyabr 2026
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
Siyasət
12:09, 05 Oktyabr 2026