Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı

Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
Hadisə 25 Sentyabr 2026 - 18:52

Lənkəranda üç yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Zekainfo.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Qismət Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Valideynləri övladlarının digər uşaqlarla oynayarkən xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.

reklamlar

Digər xəbərlər