Dünya
11:59, Bugün
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qeka Geladze vəzifəsindən istefa vermək qərarına gəlib.
Zekainfo.az xəbər verir ki, Geladze bu barədə bəyanatında məlumat verib.
O bildirib ki, qərar siyasi komanda ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib. Bununla belə, Geladze dövlət qulluğunda fəaliyyətini davam etdirəcək və başqa dövlət qurumunda çalışacaq.
"Gürcüstan DTX-nin rəisi vəzifəsini tərk etmək qərarına gəldim. Bu vəzifədə çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmizə xidmət etmək imkanı idi", - deyə Geladze bildirib.
DTX rəisi həmçinin həmkarlarına birgə fəaliyyətə görə təşəkkür edib və yeni vəzifəsində də dövlətə xidmətini davam etdirəcəyini qeyd edib.