Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti Xəlilur Rəhmanla görüşüb.
Bu barədə Zekainfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri qarşı tərəfi bu vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-BMT münasibətlərinə nəzər salınıb, Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər barədə danışılıb, bu sahədə Azərbaycan parlamentinin və onun həyata keçirdiyi parlament diplomatiyasının çoxtərəfliliyin inkişafındakı rolu vurğulanıb. Spiker Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidentinə məlumat verib.
Söhbət zamanı tərəflər BMT-nin Parlamentlərarası İttifaqla (PAİ) əlaqələrinin inkişafı haqqında fikirlərini bölüşüblər.
Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb
Siyasət
09 Sentyabr 2026 - 18:01
Digər xəbərlər
Siyasət
11:33, Bugün
Siyasət
12:12, 08 Sentyabr 2026
Prezident həmkarını təbrik etdi
Siyasət
14:07, 07 Sentyabr 2026
Əziz Səncər“Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Siyasət
13:18, 07 Sentyabr 2026
Putin İlham Əliyevə zəng etdi
Siyasət
11:51, 07 Sentyabr 2026
"Özəl iqlim maliyyəsinin 66 faizi ortagəlirli ölkələrə yönəlib" - Muxtar Babayev
Siyasət
11:00, 07 Sentyabr 2026