Dünya
11:43, Bugün
ABŞ Prezidenti Donald Tramp İranın ötən gecə həyata keçirdiyi hücumlara cavab veriləcəyini açıqlayıb.
Tramp bu barədə "Fox News"a müsahibəsində danışıb.
"Biz onları çox sərt vuracağıq", - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, ötən gecə ABŞ İranın Larak adasında yerləşən raket qurğularına zərbələr endirib. Bunun ardınca İran İordaniyada yerləşən ABŞ hərbi mövqelərini hədəfə alıb.