Çili millisinin hücumçusu Aleksis Sançes uzun illər davam edən Avropa karyerasından sonra MLS-ə üz tutmağa hazırlaşır.
Zekainfo.az İdman.Biz-ə istinadən bildirir ki, 37 yaşlı futbolçu Kanadanın "Monreal" komandası ilə ikiillik müqavilə barədə razılığa gəlib. Tərəflər arasında keçidlə bağlı sənədlər də hazırdır.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Sançes yeni klubuna azad agent kimi qoşulacaq. Çilili hücumçu yayda İspaniyanın "Sevilya" futbol komandasından ayrıldıqdan sonra sərbəst futbolçu statusunda idi.
Beləliklə, "Barselona", "Arsenal", "Mançester Yunayted", "İnter" və "Marsel" kimi klublarda çıxış etmiş Sançes karyerasında ilk dəfə MLS-də forma geyinəcək.
Müqavilənin iki mövsüm üçün nəzərdə tutulduğu və təcrübəli hücumçunun "Monreal"da xüsusi statuslu futbolçu kimi qeydiyyatdan keçiriləcəyi bildirilir.