Qubada zəncirvari qəza: 5 nəfər xəsarət aldı

Qubada zəncirvari qəza: 5 nəfər xəsarət aldı
Hadisə 06 Avqust 2026 - 11:31

Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Pirvahid kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən "Kia" və "Toyota Prius" markalı minik avtomobilləri ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan 5 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

reklamlar

Digər xəbərlər