Dünya
12:15, Bugün
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının Birləşmiş Ştatların nəzarətində olduğunu bildirib.
Zekainfo.az xəbər verir ki, o bu fikirləri "Fox News"a verdiyi müsahibədə səsləndirib.
"Hazırda dəniz blokadası tətbiq olunur və boğazdan yalnız bizim keçməsinə icazə verdiyimiz gəmilər keçir. Boğaza İran deyil, biz nəzarət edirik", - deyə Amerika lideri bəyan edib.